ANA DİLİ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDi

21 Fevral bütün dünyada “Beynəlxalq  Ana Dili Günü” kimi qeyd olunur. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.

Məktəbimizdə fevralın 21-i Tədbirlər planına uyğun olaraq Ana dili günü "Ana dilimizi qoruyaq və sevək" başlığı altında qeyd edildi. Tədbirdə Nazilə Əliyevanın rəhbərliyi ilə məktəbin V sinif şagirdləri və müəllimləri iştirak edirdi.Tədbirdə ana dilinə həsr olunmuş şeirlər söylənildi, dilimizin yad təsirlərdən qorunmasına aid səhnəciklər göstərildi, şagirdlərin ifasında dilimizə həsr olunmuş mahnılar səsləndi. Tədbirdə iştirak edən valideyinlər tədbirin yüksək səviyyədə təşkil olunmasından və şagirdlərin gözəl çıxışlarından xüsusi zövq aldıqlarından və bir daha onların dilimizə olan sevgilərinin şahidi olduqlarından söhbət açdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi