Şagirdlərimiz "Sabahın alimləri" müsabiqəsində qalib gəldilər

Fevralın 13-də “Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun canlı ifasında Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2012-ci ildən keçirilən "Sabahın alimləri” Respublika Müsabiqəsinə dair videoçarx nümayiş olunub. Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müxtəlif kateqoriyalar üzrə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görülüb. Qaliblər sırasından cari ilin may ayında ABŞ-da keçiriləcək İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçilib. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi bu ildə ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərimizə 10 mükafat təqdim edilib.

Məktəbimizin şagirdləri Qalib Qasımov və Cəmil Xəlilov "Tibb və sağlamlıq" üzrə 3-cü yer, Selcan Nurullayeva və Tuba Əliyeva "Biologiya" üzrə 3-cü yer, Leyla Məmmədova "Riyaziyyat" üzrə 2-ci yerə Layiq görülüblər. "Tibb və sağlamlıq" və "Biologiya" üzrə mövzuları elmi rəhbəri məktəbin kimya müəllimi Rəna Musayeva, "Riyaziyyat" üzrə isə məktəbin riyaziyyat müəllimi Vaqif Mahmudovdur. Bütün qalib müəllim və şagirdlərimizi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi