Valideyn iclasları keçirildi

Dərs ilinin I yarımil nəticələri haqqında valideynləri məlumatlandırmaq üçün məktəbin bütün siniflərində valideyn iclasları keçirildi. Məktəb rəhbərliyi ilə yanaşı ayrı – ayrı fənn müəllimlərinin də iştirak etdiyi valideyn iclaslarında valideyn əməkdaşlığının gücləndirilməsi, övladlarının təlimə münasibəti və nailiyyətləri eləcə də ümumi təhsildə qiymətləndirmə ilə bağlı yeniliklər haqqında onlara məlumatlar verildi, valideynlər şagirdlərin I yarımil nəticələri ilə tanış oldular.
I yarımildə qeyri – kafi qiymət alan şagirdlərin nəticələrinin yüksəldilməsi istiqamətində maarifləndirici söhbət aparıldı. Şagirdlərin dərsə davamiyyəti, məktəbli kitabçalarının icrası vəziyyəti, məktəbdaxili nizam – intizam qaydalarına əməl edilməsi müzakirə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi