Pedaqoji şura keçirildi

Bakı Şəhəri 177 №-li tam orta məktəbdə tədris yarımilin yekununa dair Pedaqoji Şuranın növbəti iclası keçirilib.

İclasın keçirilməsində əsas məqsəd görülən işlərə bir daha nəzər salmaq, qarşıda duran vəzifələrə dair müzakirə aparmaq və müvafiq məsələlərlə bağlı kollegial qərarlar qəbul etməkdən ibarətdir.

Pedaqoji Şurada məktəbin direktorunun və müavinlərin məruzələri, müəllimlərin hesabatları dinlənilib.

İclaslarda 2019-2020-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görülən işlər, fənlərin tədrisində keyfiyyətin yüksəldilməsi üçün yeni təlim metodlarının tətbiqi, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması, dərsə davamiyyət, məktəbdaxili nizam-intizam qaydaları, istedadlı şagirdlərlə iş və digər məsələlər müzakirə olunub.

Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb. Pedaqoji işçilər və şagirdlər fəxri fərman və sertifikatlarla təttif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi