Buraxılış imtahanlarının yeni qaydaları ilə əlaqədar şagirdlərin təlimatlandırılması

Məlum olduğu kimi, ötən ildən ümumi (9 illik) orta təhsil bazasında  buraxılış imtahanları yeni qaydalarla keçirilir. IX sinif şagirdlərinə  tanışlıq məqsədilə yeni imtahan modelini təqdim edir.

 Bu imtahanlarda şagirdlərə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə onların bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə qapalı və açıq tipli 45 tapşırıq təqdim edilir. Bu suallardan 26-sı açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqlardır. İmtahanın birinci mərhələsində şagirdlər hər fən üzrə maksimal 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. İkinci mərhələdə yalnız qapalı tipli tapşırıqlardan istifadə olunur. Beləliklə, hər iki mərhələ üzrə 135 tapşırıqdan 109-u ənənəvi qapalı formada olan tapşırıqlardır.
1.Ana dili (Azərbaycan dili, rus dili), (maksimum 30 bal), Cəmi: 20 tapşırıq (2 mətn (bədii, publisistik)-hər mətnə 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı)).
2. Riyaziyyat (Maksimal bal 30), Cəmi:20 tapşırıq (2 mətn (bədii, publisistik)-hər mətnə 10 tapşırıq (5 yazı tələb olunan açıq + 5 qapalı))
3. Xarici dillər (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri), (Maksimal bal 30) Cəmi:15 tapşırıq 1. Dinləmə mətni (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq); 2. Oxuyub-anlama mətni-9 tapşırıq (5 qapalı+4 yazı tələb olunan açıq)).

Tapşırıqların cavablandırılması üçün 3 saat vaxt ayrılır. Hər bir fənnə aid tapşırıqların cavabları onun üçün ayrılmış hissədə qeyd olunmalı və yazılmalıdır. Səhv cavabların nəticələri düz cavablara təsir etmir.

Riyaziyyat fənni üzrə hər bir tapşırığı cavablandırarkən onun həllinin bütün mərhələlərini (izah etməklə və istifadə edilən xassələri, teoremləri, aksiomları göstərməklə) qeyd etmək lazımdır. Həlliyazılmayan tapşırıqlar doğru cavab yazıldığı halda da “0” (sıfır) balla qiymətləndiriləcək;

43-45 saylı tapşırıqlar isə situasiyaya aiddir. Qyd olunanalarla əlaqədar məktəbin 9 və 11 ci sinif şagirdləri təlimatlandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi