20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı “dəyirmi masa” keçirildi

    Azərbaycan Respublikası Təhsil nazirinin “20 Yanvar faciəsinin otuzuncu  ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında  29 dekabr  2019-cu il tarixli, F-771 nömrəli əmri rəhbərlik və icra üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı” na əsasən təhsil müəssisələrində 07-20 yanvar 2020-ci il tarixlərində Tədbirlər Planına müvafiq olaraq Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilir. Qeyd olunana tədbirlər planına əsasən 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı  
Bakı Şəhər 177 №-li tam ota məktəbin tədbirlər planına uyğun olaraq məktəbdə  20 Yanvar  faciəsinin otuzuncu ildönümü ilə bağlı “dəyirmi masa” təşkil edilmişdir. Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məktəbin tarix müəllimi İradə Bayramova tədbirdə geniş məruzə ilə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat verdi.Tədbirdə 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söylənildi. Şagirdlər dünyanın bu faciəyə verdiyi qiymətdən danışdı. Hal - hazırda bir çox məktəblər 20 Yanvar faciəsi şəhidlərinin adını daşıyır.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi