"Ulu öndər Heydər Əliyevin milli neft strategiyasının yaradıcısıdır."

    Nərimanov rayonu  üzrə Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar XI sinif şagirdlərinə tədris olunacaq dərslər təşkil edilmişdir.  08.01.2020-ci il tarixində Bakı şəhər 177№-li tam orta məktəbdə "Ulu öndər Heydər Əliyevin milli neft strategiyasının yaradıcısıdır." mövzusunda Bakı şəhər 177№li tam orta məktəbin və Bakı şəhər 202 №-li tam orta məktəbin 11-ci sinif şagirdlərinə mühazirə keçirilmişdir. Mühazirə Bakı şəhər 258 №-li tam orta məktəbin tarix müəllimi Elanarə Rüstəmova tərəfindən aparılmışdır. Tədbirdə bildirildi ki, Görkəmli dövlət xadimi çox qısa müddətdə elə bir strategiya və diplomatiya ərsəyə gətirdi ki, hətta Azərbaycanın bədxahları da onun dühası, uzaqgörən siyasəti qarşısında aciz qaldıqlarını etiraf etdilər. Həmin strategiya ölkəmizin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin də qarantına çevrildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi