"Həmrəy olaq, bir olaq!"

    Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilmişdir. Azərbaycanlılar yeganə xalqdır ki, 31 dekabrı iki tarixi təqvimlə – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı kimi qeyd edir.

177 nömrəli məktəbdə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı ilə əlaqədar bayram tədbiri keçirildi. Tədbirdə qeyd edildi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir. Daha sonra məktəblilər üçün təşkil olunmuş əyləncəli konsert proqramı ilə tədbir davam etdi. Məktəbin direktoru Günel Xanlarova çıxış edərək valideyinləri, müəllim və şagirdləri “Dünya Azərbaycanlıların Həmrəylik günü” və Yeni il bayramı münasibətilə təbrik etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi