"Qərbdən Şərqə nağıllar aləminə səyahət"

31 dekabr həmrəylik günü münasibəti ilə 1f sinfi "Qərbdən Şərqə nağıllar aləminə səyahət" mövzusunda tədbir  keçirmişdir. Tedbirde A.S.Puşkinin "У Лукоморья дуб зеленый" nağılı və Nizami Gəncəvinin "7 gözəl" poemasi  əsasında səhnədə musiqili tamaşalar qoyulmuşdur. Tamaşa bir qızcığazın - şagirdin nağıl oxuyarkən qəfildən sehirli nağıllar dünyasına düşdüyündən bəhs olunurdu. Qərb nağıllarının qəhrəmanları "Dub", "Kot", "Kaşey", "Rusalka", "Izbuşka", "Baba-Yaqa", "Cernomor", "Koldun", "Car", "Korolevic" ve  "Leşiy" qızcığazı evinə qaytarmağa çalışarkən Şərq nağıllar aləminə yollanırlar. Şərqdə Nizamin Gəncəvi və onun "7 gözəl" poemasının qəhrəmanları "Vəzir", "Numan", "Bəhram" "şah" və "7 gözəllər" ilə qarşılaşır. Səhnədə Qara Qarayevin "7 gözəl" operasından vals sədaları altında rəqs təşkil olunmuşdur. Çin, Hindistan, Bizans, Slavyan, İran, Məğrib gözəlləri  reqs ifa etmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi