“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi

2019-2020-ci dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək. Bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Ədəbiyyat biliciləri” müsabiqəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, "Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyl və maraqlarının gücləndirilməsidir.

Müsabiqə çərçivəsində məktəbimizdə görülən ilk fəaliyyət əsasən, bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılmasına həsr edildi. Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları (oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və s.) yazılı cavablandırıb, təəssüratlarını qısa qeyd etdilər. Şagirdlərin cavabları məktəb direktoru Günel Xanlarovanın əmri ilə yaradılmış işçi qrupu tərəfindən təhlil olunub, eyni adlı əsərlər üzrə ümumiləşdirmə aparılıb, daha çox əsər mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi