"Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib"

    Dekabrın 24-də məktəbimizdə 9-cu sinif şagirdləri ilə “İlham Əliyev siyasəti müasir Azərbaycanın dayanıqlı inkişafının təminatçısı kimi” mövzusunda dəyirmi masa keçirilib. Məktəbin tarix müəllimi Xəyalə Sadiqovq Azərbaycan Prezidenti İlham Əliyevin 15 il boyunca ölkəyə layiqincə rəhbərlik etdiyini bildirib. O, Prezidentin Azərbaycanı dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdıran siyasətlə idarə etdiyini söyləyib. Prezident İlham Əliyevin doğum gününü hər zaman diqqət və qayğıya ehtiyacı olan insanlarla keçirdiyini deyən Xəyalə müəllim dəyirmi masada Prezidentin yürütdüyü siyasətə müxtəlif istiqamətlərdə yanaşaraq təhlil olunacağını diqqətə çatdırıb. Şagirdlər Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən danışıb, onun siyasi lider kimi keyfiyyətlərinə toxunublar. Həmçinin müzakirədə Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi məqsədyönlü siyasət haqqında nəticəsində Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyi haqqında söhbətlər açılıb.

    Biz də məktəbimiz adından Prezidentimizi təbrik edir, möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar, ailəsinə xoşbəxtlik və firavanlıq arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi