Mütaliə aylığı çərçivəsində şagirdlərimizin fəaliyyəti

    Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaş tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.

    Məktəbimizdə mütaliə aylığı çərçivəsində məktəblilərdə mütaliyəyə və kitaba marağın artırılması məqsədi ilə məktəblilərə səyyar kitabxana xidməti təşkil edib. Səyyar xidmət zamanı kitabxananın əməkdaşı tərəfindən şagirdləri maraqlandıran kitablar onlara təqdim olunub.

Kitabxanadan bildirilib ki, belə xidmətlər nəticəsində artıq ilk vaxtlardan gənc nəsildə mütaliəyə və kitabxanaya maraq daha da artır. Xüsusilə ibtidai siniflərdə mütaliə aylığı çərçivəsində daha çox uşaqlar kitaba maraq göstərmişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi