“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

    Məktəbimizn şagirdləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər. Davamlı xarakter daşıyan ekskursiyaların əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir.

Şagirdlərə öncə  Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi haqqında daha sonra isə  Qız Qalası haqqında ümumi məlumat verildi və onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış oldular. 

İçərişəhəri çox vaxt şəhər içərisində şəhər adlandırırlar. Doğrudan da qala darvazasından içəri ayaq qoyanda sanki başqa bir aləmə düşürsən – orta əsrlər şəhərinə. Müasirliklə keçmişi bir-birindən yalnız qala divarları ayırır
İçərişəhər hündürlüyü 8-10, eni 3,5 metr olan qala divarları ilə əhatə  olunub. Ərazisi 22 hektar olan qədim şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətli abidələrdir. Qız qalası və Şirvanşahlar Sarayı 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Üçqat qala divarları və Qız qalası möhtəşəm müdafiə istehkamının bu günümüzə gəlib çatan nişanələrdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi