Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım günü tədbiri

    Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçilyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Xalqımız Ümummilli Liderin bu xidmətlərini unutmur. Hər il dekabrın 12-də respublikamızın hər yerində Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anma mərasimləri keçirilir. Bu səbəbdən məktəbimizdə anım günü ilə bağlı  «Bütün zirvələrdən ucada dayanan Heydər Əliyev dühası»  mövzusunda tədbir keçirildi. Konfransı giriş sözü ilə açan tarix müəllimi Xalidə Muradova qeyd ki, bu gün mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmlənməsinə, inkişafına, zənginləşdirilməsinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilir. İcazənizlə milli dövlətçiliyimizin qurucusu Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Çıxış edənlər bildirdilər ki, məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda bütün sahələrdə güclü inkişaf getmişdir.  Şagirdlərin ifasında şeirlər səsləndirildi və sərgi nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi