Tədqiqatçı şagirdlərin araşdırmaları

İbtidai sinif şagirdlərində tədqiqatçılıq bacarığını inkişaf etdirmək, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların gələcəkdə “Kiçik Akademiya”larda, elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəbləri “Kiçik tədqiqatçılar” müsabiqəsində komanda şəklində iştirak edir. Komanda 5 nəfər üzvdən və 1 nəfər komanda rəhbərimüəllimdən təşkil olunmalıdır. Komanda tərkibində II, III və IV siniflərin hər birindən şagird iştirakı nəzərdə tutulmuşdur. Müsabiqə çərçivəsində  məktəbimizdə kiçik tədqiqatçılar komandası əsasnamədə qeyd olunan mövzular üzrə tədqiqat işi aparmışdılar. Komanda rəhbəri-müəllim tədqiqat işinin hazırlanmasında şagirdlərə müvafiq istiqamət vermişdirlər. İlk məktəbdaxili mərhələdə məktəb daxilində yaradılmış kiçik tədqiqatçılar komandaları arasında müsabiqə keçirilmiş, komandalar əsasnamədə qeyd olunan mövzulardan "Texnoloji yeniliklər", "Bayramlar və tarixi günlər", "Mədəni irsimiz" mövzularını seçməklə tədqiqat aparıb, məktəbdə yaradılmış Münsiflər heyətinin qərarına əsasən qalib komanda rayon mərhələsində iştirak etmək hüququ qazanıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi