"Qədim Azərbaycan şəhərlərində ticarət"

    5c sinfində Azərbaycan tarixi dərsində "Qədim Azərbaycan şəhərləri" mövzusunda açıq dərs keçirildi.  Dərs zamanı şagirdlər Qədim Azərbaycan şəhərlərində ticarəti və bazara çıxarılan məhsulları nümayiş etdirmişdilər. 

     Azərbaycan tarixən ticarət üçün əlverişli mövqedə yerləşdiyindən, hər zaman ticarət yollarının qaynar nöqtəsi olmuşdur. Burada xarici ticarət əlaqələrinin tarixi çox qədim dövrlərə gedib çıxır.  Böyük İpək yolunun ilk şaxəsi cənubi Azərbaycan ərazisindən keçdiyindən bu ərazi ilə geniş əlaqəsi olan Dərbənddə, Şirvanda, Şəkidə, Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə, Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermiş, onların hər birinin ipəkçilik ticarət mərkəzinə çevrilməsinə şərait yaradaraq məşhurlaşmasına səbəb olmuşdur.

Bu marşurutla Şərqdən Mərkəzi Avropa ölkələrinə əvvəlcə ipək daha sonra ədviyyat, qızıl, gümüş,briliant mirvari və s. daşınmışdır. Avropadan Şərq ölkələrinə isə tacirlər qalay, sink, civə, mahud parça və s. aparmışlar. Bu baxımdan Azərbaycanın Bakı, Dərbənd, Şamaxı, Şirvan bölgələrində tacirlər rahatlığı təmin etmək məqsədilə karvansaralar salınmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi