"Bullinqlə mübarizə" mövzusunda sinif təşkilat saatı

    "Bullinqlə mübarizə" mövzusunda müzakirə 5-ci sinif şagirdləri ilə aparıldı. Müzakirə əsasən ibtidai siniflərdən başlayaraq məktəbyaşlı uşaqların bir-birinə qarşı göstərdiyi aqressiyanı xarakterizə edən bullinq daha sonra yuxarı siniflərdə baş verə bilməsi haqqında danışıldı. Əgər bu davranışlar digərlərinə nəzərən gücsüz, ictimai imtiyazları az olan, asanlıqla alçaltmaq, əzmək mümkün olan və özünü müdafiə edəcək mövqedə olmayan fərdlərə qarşı təkrarən törədilirsə bunlar bullinq halları kimi xarakterizə edilir. Bullinq həm də bir dəfə deyil, vaxtaşırı olaraq həyata keçirilir və adətən fiziki cəhətdən güclü olan uşaqlar digərlərinə qarşı bullinq törədir. Bullinq kiməsə ləqəb qoşmaq, söyüş və alçaldıcı sözlər işlətmək, müəyyən bir işi etməyəcəyi təqdirdə qurbanı fiziki şiddət göstərəcəyi, şantaj edəcəyi, ona məxsus olan əşyalara və ya ondan kiçik bacı-qardaşlarına zərər yetirəcəyi ilə qorxutmaq, qrupdan kənarda saxlamaq kimi formalarda törədilə bilər. Bullinq ona məruz qalanın psixoloji vəziyyətində depressiya, özünə qapanma, antisosiallıq, intihara meyilli düşüncələr kimi neqativ dəyişikliklərə səbəb olmaqla yanaşı, eləcə də tədris müəssisələrində təlim-tərbiyə və təhsil prosesinin düzgün həyata keçirilməsinə mane olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi