Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olundu

 Dekabrın 2-də məktəbimizdə 7-ci ve 9-cu sinif şagirdlərinin iştirakı ilə birlikdə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirildi.

    Tədbirin məqsədi şagirdlərimizi - onun həyat və yaradıcılığı, inqilabı görüşləri, elmi əsrləri və türk dünyasına olan baxışları ilə tanış etmək idi. Tarix, elə şəxsiyyətləri unutmur, gələcək nəsil bu kimi şəxsiyyətlərin yolunu davam etdirməlidir.

    Qeyd edək ki, 1869-cu ildə Şuşada dünyaya göz açan Ə.Ağaoğlu Fransada təhsil alıb. 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya gəlib, “Kaspi ” qəzetində məqalələr yazıb. O, həmçinin Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini təsis edib və redaktoru olub. Əhməd bəy 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin “Difai” (müdafiə) təşkilatını qurub. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzv olan ictimai xadim Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində yer alıb. Cümhuriyyətin süqutundan digər soydaşlarımız kimi bir daha vətən qayıda bilməyib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi