Qobustan Dövlət tarixi Bədii Qoruğuna ekskursiya

“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində məktəbin 4d sinif sinif rəhbəri Kifayət Babayevanın rəhbərliyi ilə Qobustan Dövlət tarixi Bədii Qoruğuna ekskursiya təşkil edildi. Ekskursiyanın əsas məqsədi şagirdlərə Azərbaycanın zəngin mədəni irsi, tarixi, maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verməkdən,onlara vətənpərvərlik hissini aşılamaqdan, məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir. Muzeydə qədim tariximizə aid qayaüstü rəsmlər, qədim məzarlıqlar, ov alətləri, məişət əşyaları, qədim heyvanların eksponatları şagirdlərin böyük marağına səbəb oldu. Ekskursiya xoş təəssüratlarla yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi