“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı “Tullantıdan sənətə” muzeyinə ekskursiya-məşgələ

“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı ətraf mühitin qorunmasına dair əlavə məşğələlərin təşkil edilməsi istiqamətində ibtidai sinif şagirdlərinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan sənətə” muzeyinə ekskursiya-məşgələ təşkil olundu. Ekskursiya-məşgələ zamanı muzeyin bələdçiləri şagirdlərə bildirdilər ki, muzeyin fəaliyyəti ilk növbədə, geniş ictimaiyyətin diqqətini meqapolis üçün təhlükəli, bəzən qarşısıalınmaz ekoloji problemlərə cəlb etmək məqsədi daşıyır. Bu hədəfə çatmaq üçün incəsənətin zərif və heyranedici çevriliş gücündən yaranan nümunələrinin hər biri ilk baxışdan nəzərə çarpmayan gizli gözəlliyin sirlərini üzə çıxarır. Onu da vurğuladılar ki, əsasən məişət tullantılarından hazırlanmış əsərlərin bədii dəyəri ondan ibarətdir ki, onlar incəsənətin hətta tullantını emal və “həzm” etmək iqtidarında olduğunu əyani surətdə nümayiş etdirir. Ətraf mühitin çirklənməsi nəticəsində qarşılaşdığımız çətinliklər, müşahidə edilən iqlim dəyişkliyinin yaratdığı təhlükələr bəzən incəsənət vasitəsi ilə daha təsirli görünür. İncəsənət insan həyatının önəmliliyini, xaosun gözəlliyə və cəsarətə çevrilə biləcəyini bir daha hiss etdirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi