“Tarixin soyqırımı zəncirində Xocalı faciəsi” mövzusunda xüsusi dərslər

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı siniflərdə “Tarixin soyqırımı zəncirində Xocalı faciəsi” mövzusunda xüsusi dərslər keçirildi. Dərslərdə Xocalı soyqırımının qurbanlarının və xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dərslər zamanı şagirdlərə Azərbaycan tarixinə ən dəhşətli, faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı barədə ətraflı məlumat verildi və bildirildi ki, Azərbaycanın müzəffər ordusunun 44 günlük zəfər yürüşü və antiterror əməliyatında düşmən torpaqlarımızdan qovuldu, Xocalı işğaldan azad edildi. Qələbəyə gedən yolda Xocalının da qisası alındı. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır. Xocalı qurbanlarını artıq başı uca, qalib ölkə kimi anırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi