9-cu siniflərdə məktəbdaxili monitorinq keçirilir

3 dekabr 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 9-cu siniflərin buraxılış imtahanın hazırlıq səviyyəsini müəyyən etmək üçün məktəbdaxili monitorinq keçirilir. Monitorinq sualları 9-cu sinifin buraxılış imtahanlarının birinci mərhələsinə uyğun olaraq hazırlanmışdır. Monitorinq Azərbaycan və rus bölməsinin 9-cu sinifləri üçün Ana dili və riyaziyyat fənnindən keçirilir. Suallar Ana dili fənnindən 10 sual, riyaziyyat fənnindən 15 sual olmaqla, 2 variantda tərtib edilmişdir. Nəticələr qısa müddət ərzində yoxlanılacaq, şagirdlərə və valideynlərə bildiriləcək. Nəticələr fənn metodbirləşmə iclaslarında təhlil olunacaq, müzakirə ediləcək. Zəif nəticə göstərən şagirdlərlə əlavə məşğələlər təşkil olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi