Fərqlənmə attestatları təntənəli surətdə təqdim olundu

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 11-ci sinifi əla qiymətlərlə bitirən və buraxılış imtahanlarında yüksək nəticə göstərən məzunlara fərqlənmə attestatları təntənəli surətdə təqdim olundu. Attestatları təqdim edən məktəbin direktoru Zemfira Məsiyeva məzunların hər birinə xoş arzularını bildirdi və uğurlar arzuladı.
Fərqlənmə attestatı ilə bitirən hər bir məzunun valideyninə məktəbin direktoru Zemfira Məsiyeva tərəfindən təşəkkür məktubu təqdim olundu.