IX siniflərdə ingilis dili fənnindən monitorinq keçirildi

Bakı şəhəri, Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin  ingilis dili müəllimi Hüseynova Fəxriyyə tərəfindən 27.11.2019-cu il tarixində IX siniflərə (Rus bölməsi və Azərbaycan bölməsi) ingilis dili fənnindən I mərhələ üzrə monitorinq keçirildi. Monitorinqin məqsədi IX siniflərin attestat imtahanının I mərhələsinə (dinləmə və oxu) hazırlıqdır. Ümumi 13 sual olmaqla: dinləmə testindən - 3 qapalı, 2 açıq sual olmaqla 5 sual, oxu və anlama testindən – 5 qapalı, 3 açıq sual olmaqla 8 sual verilmişdir. Ümumi 13 sualı cavablandırmaq üçün uşaqlara 45 dəq vaxt verilmişdir.

Nəticələr qısa müddətdə yoxlanılacaq, şagirdlərə, valideynlərə və fənn müəllimlərinə məlumat veriləcək. Nəticələr fənn metodbirləşmə iclasında müzakirə ediləcək və təhlil olunacaq. Nəticəsi zəif olan şagirdlərlə əlavə məşğələlər təşkil olunacaq. Növbəti monitorinq II mərhələnin tələblərinə uyğun olaraq yaxın zamanda keçirilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi