Balaca aktyorlar
“Uşaq hüquqları aylığı” çərçivəsində Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 2 d sinif şagirdləri, sinif rəhbəri Vüsalə Sadıqovanın təşkilatçılığı ilə uşaqların hüquqları haqqında, yumoristik, dərkedici, maraqlı və mənalı səhnəcik göstərdilər. Balaca artistlər, çox böyük həvəslə, bacarıqla, “hər kəsin hüquqları var” və “hamı bir – birinə hörmətlə yanaşmalıdır” deyə fikirlərini bildirdilər.