"Azərbaycanda ibtidai icma quruluşu" mövzusunda elektron dərslikdən istifadə edərək nümunəvi dərs keçdi
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi Həcər Əlişova 5 və 6 siniflərdə tarix fənnindən "Azərbaycanda ibtidai icma quruluşu" mövzusunda elektron dərslikdən istifadə edərək nümunəvi dərs keçdi. Dərsin elektron dərslikdən istifadə edilərək keçirilməsində məqsədi şagirdlərin o dövrə qiyabi şəkildə səyahət edərək Azərbaycanın tarixini daha dərindən və mükəmməl öyrənməsinə kömək etməsidir. Baş vermiş hadisələrin video çarx formasında göstərilməsi şagirdlərin marağına və diqqətinə səbəb oldu.