Birinci sinifdə şagirdlər həvəslə dərs oxuyurlar
25 noyabr 2019-cu il tarixdə 1b sinfində Azərbaycan dili dərsi yeni təlim üsullarına və kurikulumun tələblərinə uyğun olaraq tədris edilirdi. Dərsin bütün mərhələləri ardıcıllıq və zaman bölgüsünə görə tələblərə tam uyğun idi. Oxu dərsində şagirdlərin qarşılarına qoyduqları məqsədlərinə nail olmaq üçün müəllim səmərəli üsul və vasitələrdən istifadə edirdi. Şagirdlər yeni keçdikləri hərfi havada barmaqları ilə,sonra isə lövhədə yazaraq motorika ilə beynin bir-birini tamamlamasını göstərdilər. Dərsin sonunda artıq bütün şagirdlər yeni keçilmiş hərfə aid sözlər oxudular və uyğun şəkillər çəkməklə hərfi və səsi yaxşı öyrəndiklərini nümayiş etdirdilər.