"Bullinq nədir və onun fəsadları" mövzusunda tərbiyəvi söhbət aparıldı
25 noyabr 2019-cu il tarixində Uşaq Birliyi Təşkilatı Rəhbəri Günay Dəmirova 6ç sinfində “Bullinq nədir və onun fəsadları” mövzusunda tərbiyəvi söhbətlər apardı. Söhbətin məqsədi Bullinqin məktəb mühitində başqalarına təsir göstərmək üçün tətbiq edilən, həmyaşıdlar tərəfindən göstərilən təzyiq olduğunu, buraya şifahi qısnama, fiziki təzyiq və hər hansı bir məsələ, hadisə ilə bağlı şəxsin iradəsinin ziddinə fəaliyyət daxil olduğunu izah etməkdir. Bullinqə məruz qalan şəxslər adətən, cinsi, dil, irq, din və s. kimi məsələlərdə təzyiqlə üzləşirlər. Xüsusilə, yeniyetmələr arasında geniş yayılan bullinq çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olur. Bunların qarşısını almaq üçün şagirdlər arasında maarifləndirmə işləri aparmaq vacibdir.