Tarix fənnindən nümunəvi dərs tədris olundu
Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi Həcər Əlişova 8b sinfində Azərbaycan tarixi fənnindən elektron dərslikdən istifadə edərək "Rusların Xəzərsahili vilayətlərə yürüşü" mövzusunda nümunəvi dərs keçdi. Dərsin məqsədi təbii zənginliyi, xammal ehtiyatı, həmçinin əlverişli strateji-coğrafi mövqeyi ilə fərqlənən Azərbaycanın həmişə olduğu kimi bu dövrdə də qonşu dövlətlərin diqqətini özünə cəlb etməsi, XVII əsrin əvvəlinə kimi hərbi-siyasi təcavüz üçün kifayət qədər gücü olmayan Rusiyanın Azərbaycana qarşı yalnız iqtisadi siyasət həyata keçirməsi, lakin bu siyasətin az əhəmiyyət kəsb etdiyini başa düşən I Pyotrun təcavüz yolu ilə Xəzəryanı bölgələri ələ keçirməyi qərara alması, bununla da I Pyotrun Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməyi, Şərq ölkələri ilə Xəzər-Volqa su yolu vasitəsilə ticarət etməyi, Şərqlə Qərb arası ticarətdə Rusiyanın vasitəçiliyinə nail olmağı planlaşdırmasını əhatə edirdi. Dərsin mövzusu və mövzuya uyğun elektron dərslikdə videoçarxların göstərilməsi şagirdlər tərəfindən maraqla qarşılandı.