İnklüziv Siniflərdə Təlimin Təşkili layihəsi üzrə təlimlər keçirilir

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimləri üçün İnklüziv Siniflərdə Təlimin Təşkili layihəsi üzrə təlimlər keçirilir. Təlimlərdə Xətai rayonunun məktəblərindən müəllimlər iştirak edir. Təlimlər 30 saatlıq proqram üzrə həyata keçirilir. Təlimlərdə 171 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri də iştirak edir. Təlimlərin uğurla keçirilməsi üçün müvafiq yaradılmışdır.

“İnklüziya” anlayışı və inklüziv təhsil

Bu gün təhsil sahəsində dövriyyədə olan anlayışlardan biri  “inklüziya” terminidir.  İnklüziya (inclusion – daxiletmə) – bütün vətəndaşların, ilk növbədə, əlilliyi olan bütün insanların  cəmiyyətdə iştirak səviyyəsinin artırılması prosesidir. İnklüziv təhsil isə ümumi təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının, ilk növbədə, sağlamlıq imkanları məhdud (bundan sonra SİM yazılacaq) şəxslərin təhsilə ehtiyacı təmin edilir.   Söhbət bütün vətəndaşların, o cümlədən müəyyən səbəblərdən fiziki və əqli inkişafında çətinlikləri olan şəxslərin ictimai həyatda aktiv iştiraka qatılmağından gedir. Təhsil sahəsi istisnasız olaraq  bütün uşaqların və böyüklərin akademik və ictimai həyatda bərabərhüquqlu iştirakını təmin etməldir. “İnklüziv təhsil” anlayışının geniş çərçivədə izah edilməsinə ehtiyac o səbəbdən yaranmışdır ki, təhsil işçiləri, idarəedici və digər orqanlar, təhsil siyasətini hazırlayan şəxslər qarşılıqlı əməkdaşlıq və  dialoq üçün ümumi diskursiv sahəyə (diskursiv sahə intellektual və sosial səhələrin qarışığıdır ki, burada sosial əlaqələr müəyyən bir təcrübəyə çevrilir) malik olsunlar.  Beynəlxalq ictimaiyyət “inklüziya” terminini ictimai həyata aktiv qatılma kimi izah edir.  Təhsil mühitinə inklüziv yanaşma zamanı ümumilikdə məktəbin şagirdləri və onların valideynləri sağlamlıq imkanları məhdud uşaqları cəmiyyətin üzvü kimi qəbul etməyə başlayırlar. SİM insanların baxışları da ətraf mühit üçün əhəmiyyət kəsb etməyə başlayır, hər şeydən öncə isə, onlar artıq korreksiyaedici xüsusi  məktəblərdə olduğu kimi, evdən təcrid olunaraq yaşamırlar. İnklüziya həm də  insan hüquqlarının qorunması mexaniminin  elementi, hamının təhsilinin təmin olunması prosesi və hamı üçün məktəbin təşkili kimi  nəzərdən keçirilir. İnklüziv təhsil xüsusi məktəblərdən imtinaya və ya onların sayının azalmasına gətirib çıxaracaqdır. Müasir cəmiyyətdə SİM insanlara dəstək ictimai səviyyədə maarifləndirici, məlumatlandırıcı işlərin görülməsini də tələb edir. Çünki ictimai şüurun formalaşdırılması inklüziv təhsil sahəsində siyasətin dəstəklənməsində böyük əhəmiyyət daşıyır.   Yalnız əlilliyi olanlara münasibətdə ictimai fikir  dəyişdiyi, həmçinin əlverişli və təhlükəsiz müht yaradıldığı zaman uşaqların və böyüklərin iştirakına imkan yaranacaqdır. İnklüziya sahəsində araşdırmalar qeyd edir ki, cəmiyyət əlilliyi olan uşaqların assimilyasiyasına  neytral və ya passiv-mərhəmət mövqeyi nümayiş etdirir:  belə uşaqların problemi ətrafdakılar tərəfindən mühitin öhdəliyi kimi deyil, uşaqların öz çətinlikləri kimi qəbul edilir. Cəmiyyətdə SİM uşaqları əhatə edən əksəriyyət onlara qarşı passiv tolerantlıq göstərir.  Buna görə də inklüziv təhsil bu gün yalnız hamı üçün təhsil sisteminin möhkəmlənməsi prosesi kimi deyil, həm də SİM insanların diskriminasiyasının aradan qaldırılmasının  səmərəli  vasitəsi kimi qəbul edilir.  İnklüziv təhsilin məktəb həyatına gətirdiyi dəyişikliklərin nəticəsində yalnız sağlamlıq imkanları məhdud uşaqlar deyil, bütün uşaqlar qazanacaqlar. SİM uşaqların ümumtəhsil məktəblərində təhsili   bir çox  ölkələrin, eləcə də Azərbaycanın  cəlb olunduğu inklüziv təhsil sisteminin qanunauyğun inkişaf mərhələsidir. Bu inkişaf sxematik olaraq aşağıdakı mərhələlərdən keçmişdir:

I mərhələ - diskriminasiya (SİM uşaqlar ümumiyyətlə təhsildən kənarda qalır)

II mərhələ - seqreqasiya (SİM uşaqlar ya xüsusi məktəblərdə oxuyur, ya da evdə təhsilə cəlb olunur)

III mərhələ - inteqrasiya (SİM uşaqlar ümumtəhsil məktəblərində tipik uşaqlarla birlikdə, lakin ayrı siniflərdə xüsusi proqram əsasında oxuyur)

IV mərhələ - inklüziya (SİM uşaqlar ümumtəhsil müəssisələrində tipik uşaqlarla eyni siniflərdə təhsil alır).

SİM uşaqların təhsilinə belə yanaşma həyatda müxtəlif xarakterli səbəblərlə əlaqədardır. Ümumilikdə bu səbəbləri iqtisadi, hüquqi inkişaf baxımından müəyyən səviyyəyə nail olmuş cəmiyyət və dövlətlərin sosial tələbləri kimi müəyyənləşdirmək olar. Son mərhələ cəmiyyət və dövlətlər tərəfindən əliliyi olan şəxslərə münasibətin dəyişdirilməsi, yalnız hüquqlarının tanınması deyil, təhsil də daxil olmaqla, həyatın  müxtəlif sahələrində onlara  digər insanlarla bərabər imkanların yaradılması ilə xarakterizə olunur.

YUNESKO-nun sorğusu əsasında (1989) ölkələrin 3/4-nün (sorğuda iştirak etmiş 58 ölkədən 43-ü) sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilini qəbul etdiyi müəyyənləşdirilmişdir.  İnklüziv təhsil uşaqyönümlü metodologiyanı inkişaf etdirməyi hədəf götürür və bütün uşaqların – fərdlərin təhsildə müxtəlif ehtiyclara malik olduqlarını qəbul edir. İnklüziv təhsil uşaqların fənlər üzrə müxtəlif təlim ehtiyaclarının təmin edilməsi üçün daha səmərəli olan yanaşmaları işləyib hazırlamağa cəhd edir.  İnklüziv təhsilin əsasında aşağıdakı istiqamətləri əsas götürən ideologiya durur: - Bütün insanlara eyni münasibəti təmin edərək hər cür diskriminasiyadan uzaq durmaq; - Xüsusi təlim ehtiyacları olan uşaqlar üçün ümumtəhsil müəssisələrində şərait yaratmaq.  İnklüziv təhsilin  prinsipləri: 1. İnsanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyildir; 2. Hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir;  3. Hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir; 4. Bütün insanlar bir-birinə lazımdır; 5. Həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər; 6. Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır; 7. Bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarından asılıdır; 8. İnsanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir. İnklüziv təhsil məktəbəqədər, orta, peşə və ali təhsil mərhələlərini ehtiva edir. Bununla o, SİM insanların davamlı təhsilinin və inkişafının təmin olunmasına xidmət edir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi