"Məktəblərdə zəlzələ zamanı necə davranmalı" adlı videoçarx nümayiş etdirildi

"Məktəblərdə zəlzələ zamanı necə davranmalı" adlı videoçarx nümayiş etdirildi. Videoçarxın nümayişindən sonra müzakirələr aparıldı, fikir mübadiləsi edildi. Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, müəllimlər və 9-cu sinif şagirdləri iştirak edirdi. Məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək, zəlzələ zamanı, eləcə də digər fövqəladə hallar zamanı necə davranmaq lazım olduğu barədə şagirdlərə və müəllimlərə müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin zəlzələ zamanı davranış qaydaları, fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi