Elektron dərs vəsaitlərindən istifadə etməklə tarix dərsi tədris olundu

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi Həcər Əlişova 7-ci sinifdə elektron dərslikdən istifadə edərək Qarabağ tarixindən "İbtidai icma quruluşu" mövzusunda nümunəvi dərs keçdi.  Elektron dərslikdə "İctimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluşdu. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma cəmiyyəti adlanır. İbtidai icma quruluşunun yaranması va inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur. Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya və Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur. Bu qalıqlar ilk insanların 2-3 milyon il bundan əvvəl yaşadıqlarını göstərir" məlumatları əks olundu. Dərs şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi