«Uğur üçün tədris» layihəsi üzrə təlimlər keçirilir
British Council və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən «Uğur üçün tədris» layihəsinin məqsədi dövlət məktəblərində ingilis dili müəllimlərinin peşəkar inkişafını dəstəkləməkdir. Bu günə kimi ümumilikdə 120 Bakı şəhər məktəbindən 1200 ingilis dili müəllimini əhatə edən və bir akademik il ərzində davam edən layihə çərçivəsində ingilis dili müəllimləri özlərinin danışıq və tədris bacarıqlarını inkişaf etdirirlər. Layihə aşağıdakı istiqamətləri əhatə edir:
- Müəllimllərin ingilis dili qabiliyyətləri ilk öncə qiymətləndirilir və təkmilləşdirilir.
- Müəllimlərin tədrisetmə və danışıq qabiliyyətlərinin qiymətləndirilməsi üzrə pedaqoji bilik və bacarıqları artırılır.
- İxtisasartırma təlimləri müəllimlərin ehtiyaclarına və kurikulumun tələblərinə uyğunlaşdırılır.
- Məktəbəsaslı peşəkar təlim və onun vacibliyi təbliğ edilir.
- Şagirdlərin öyrənmə səviyyəsi, xüsusilə də danışıq qabiliyyətlərinin inkişafı qiymətləndirilir.
Bu təlimlərdən biri də Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə keçirilir. Təlimlərə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin ingilis dili müəllimləri və digər məktəblərin ingilis dili müəllimləri iştirak edir. Təlmlər Azərbaycan Dillər Universitetinin müəllimi, Britaniya Şurasının təlimçisi p.f.d Könül Hacıyeva tərəfindən keçirilir.