Olimpiada keçirildi

Noyabrın 19-da Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə fənn olimpiadası keçirildi.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirir. İstedadlı uşaqların aşkara çıxarılmasında isə olimpiadalar və fənn müsabiqələri müstəsna əhəmiyyətə malikdir Qeyd edək ki,  fənn olimpiadası son dövrün ən uğurlu addımlarından və yeniliklərindən biridir. Elə  müsabiqənin keçirilməsində də məqsəd şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə çıxarılmasıdır.

Qeyd edək ki, olimpiada da Zaur Məmməd adına 171 nömrəli tam orta məktəbin Azərbaycan və Rus bölməsinin 8-11 ci sinif şagirdləri iştirak edirdi. Bir neçə fənndən keçirilən olimpiadada yüksək bal toplayan şagirdlər növbəti mərhələdə iştirak edəcək. Olimpiada sualları 2 variantda hazırlanmışdı. Nəticələr qısa müddət ərzində yoxlanılacaq şagirdlərə, valideynlərə və fənn müəllimlərinə elan olunacaq. Nəticələr fənn metodbirləşmə iclaslarında və növbəti pedaqoji şura iclasında təhlil olunacaq və müzakirələr aparılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi