“Prokarit orqanizmlər” mövzusunda dərs tədris olundu

14 noyabr 2019-cu il tarixində Pərvin Məmmədova 6 c sinfində “Prokarit orqanizmlər” mövzusunda dərs tədris etdi. Prokariot - yunan sozu olub, “pro”-əvvəl, qabaq, “karion”-nüvə deməkdir. Prokariot orqanizmlərə bakteriyalar, göy-yaşıl yosunlar aiddir. Prokariot orqanizmlərdə formalaşmış nüvə, daha doğrusu nüvə qılafı yoxdur. Nüvə elementləri isə dağınıq şəkildə sitoplazmada yerləşir. Belə ki, bakteriyaların orqanoidləri: mitoxondri, endoplazmatik şəbəkə, holci kompleksi, lizosom və s. kimi orqanoidlər yoxdur. Xaricdən hüceyrə qılafı ilə əhatə olunmuş sitoplazmasında DNT nüvə qılafı olmadığı üçün sərbəst şəkildə yerləşir. Bakteriyalar demək olar hər yerdə yasayırlar. Bakteriyalara nəmli torpaqda daha çox rast gəlinir. Bakteriyalar sadə bölünmə yolu ilə hər 20-30 dəqiqədən bir çoxalır. Əlverişsiz şəraitdə spor əmələ gətirirlər. Zərərli nüvləri ilə yanaşı, faydalı növləri də var. Məsələn: süd turşusu, yağ turşusu bakteriyaları faydalı növlərdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi