“Vegetativ və generativ orqanlar haqqında herbari”, “Payız xalçası” mövzusunda dərs tədris olundu

13 noyabr 2019-cu il tarixində 6ç sinfində biologiya müəllimi Pervin Məmmədova “Vegetativ və generativ orqanlar haqqında herbari”, “Payız xalçası” mövzusunda dərs tədris etdi. Bitkilər vegetativ və generativ orqanlardan ibarətdir. Veqetativ orqanlar - kök, gövde, yarpaq. Generativ orqanlar isə  çiçək, meyvə, toxumdur. Bitkilərin orqanlarının müxtəlif funksiyaları var. Kök bitkini su və mineral maddələrlə təmin edir. Yarpaq-fotosintez prosesi ilə üzvi maddələr hazırlayır. Gövdə isə kök və yarpaq arasında əlaqə yaradır. Çiçək-həşaratları cəlb edir. Meyvə-toxumu əhatə edərək onu qoruyur, toxum isə bitkinin yayılmasına xidmət edir. Herbari vasitəsi ilə uşaglar canlı olaraq bitkinin orqanları ilə tanış olur. “Payız xalçası”nda isə uşaglar payız yarpaqlarını toplayır. Bu zaman müəllimin köməkliyi ilə yarpaqlarda plastidlərin parçalanmasını müşahidə etmiş olurlar. Rəngarəng yarpaqlardan mozaika düzəldirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi