Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunan “dəyirmi masa” keçirildi

15.11.2019-cu il tarixində ibtidai sinif müəllimlərinin iştirakı ilə nasir, ədəbiyyatşünas, publisist, pedaqoq, yazıçı, ssenarist İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunan “dəyirmi masa” keçirildi. “Dəyirmi masa” zamanı görkəmli şəxsiyyətin həyat və yaradıcılığı haqqında bir sıra söhbətlər aparıldı. Onun ədəbiyyatımıza bəxş etdiyi gözəl, dəyərli əsərləri, xüsusən də “Dəli Kür”, “Ölən dünyam” romanları müzakirə olundu. “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında mühüm ədəbi bir hadisə kimi dəyərləndirildi. Romanda yaratdığı bir-birindən maraqlı, yaddaqalan obrazlar haqqında fikirlər söylənildi. Fikirlər dinlənilərək qeyd edildi ki, İsmayıl Şıxlı öz əsərlərində qədim adət-ənənələri daim yaşatmışdır. Hətta onun elmə, tərcümə sahəsində ədəbiyyata verdiyi töhfələr barəsində də söhbətlər aparıldı. İsmayıl Şıxlının insanda bir sıra gözəl keyfiyyətlər sırasında dostluğu, qayğını, inamı vacib sayması barədə dediyi fikirlərə də münasibət bildirildi. Dəyirmi masa İsmayıl  Şıxlının mədəniyyət tariximizdə yazıçı, pedaqoq, ictimai xadim kimi özünə şərəfli yer qazanması fikri ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi