17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş "dəyirmi masa" təşkil olundu

15 noyabr 2019-cu il tarixində 171 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Dəmirova Günay tərəfindən 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş "dəyirmi masa" təşkil olundu. "Dəyirmi masa"da iştirak edən şagirdlər Dirçəliş Gününün tarixi haqqında ətraflı məlumatlar verərək fikirlərini belə ifadə etdilər: "1988-ci ilin noyabr–dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ilə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır". Daha sonra şagirdlər "vətən məfhumunun onlar üçün nə ifadə etdiyini", "milli qəhrəmanların yerində olsaydılar sizlər necə hərəkət edərdiniz" kimi suallara öz fikirlərini bildirdilər və şeirlər söylədilər. Sonda şagirdlər 17 Noyabr Dirçəliş gününə görə hazırladıqları təqdimatları və slaydları təqdim etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi