Siniflərarası bilik yarışı keçirildi

15 noyabr 2019-cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin böyük akt zalında 8 – ci siniflər arası riyaziyyat fənnindən bilik yarışı keçirildi. Yarış 3 sinif arasında keçirilirdi. Azərbaycan bölməsinin şagirdləri arasında keçirilən bilik yarışı 3 mərhələdən ibarət idi. Hər mərhələ 10 sualdan ibarət idi. “Qauss” , “Pifaroq”, “Tusi” adlı komandalar yarışırdı. Yarışın sonunda “Qauss” komandası qalib oldu. Qalib komanda məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla və kubokla mükafatlandırıldı. Bilik yarışını keçirməkdə əsas məqsəd şagirdlərin riyaziyyata olan marağını artırmaq, riyaziyyat sahəsi üzrə istedadlı şagirdlərin üzə çıxarılması, onlarla xüsusi məşğələlərin təşkil edilməsi və onların respublika fənn olimpiadalarına çıxmalarına kömək etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi