Yanan yaşayış binasının sakinlərinə köməklik göstərilmişdir

15 noyabr 2019-cu il tarixində 01:15 radələrində Xətai rayonu, Neapol küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yanğın baş vermişdi. Bu zaman binada yaşayan sakinlər evakuasiya edilmiş, təhlükəsiz ərazilərdə yerləşdirilməyə başlanılmışdır. Bu məqsədlə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin təsərüfat işləri üzrə direktor müavini Sərxan Behbudov və tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov məktəbə gələrək qapıları açmış, sakinlərin müvəqqəti olaraq məktəbdə yerləşdirilməsinə müvafiq şərait yaratmışlar. Sakinlər burada onlar üçün ayrılmış isti sinif otaqlarında təhlükəsiz şəraitdə müvəqqəti yerləşdirilmişlər, su ilə təmin edilmişlər və sakinlərə digər zəruri yardımlar göstərilmişdir.  Sakinlər səhər saat 5-6 radələrinə kimi məktəbdə olmuşlar.

Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları məktəb ərazisində yerləşən yanğınsöndürmə hovuzundakı sudan istifadə edərək yanğının söndürülməsində istifadə etmişlər.

Sərxan Behbudov bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat vermişdir.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Çəpərxan oğlu Quliyev hadisə yerində idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi