Riyaziyyat fənnindən bilik yarışı keçirildi
13 noyabr 2019 - cu il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Esmira Zeynalovanın təşkilatçılığı ilə Riyaziyyat fənninin tədris etdiyi 9 a sinif şagirdləri arasında bilik yarışması keçirildi. Yarış 3 mərhələdən ibarət oldu. 1-ci mərhələdə şagirdlərə cəbrdən 10 sual təqdim olundu. 2- ci mərhələdə həndəsəyə aid 10 məsələ təqdim olundu. 3-cü mərhələ isə məntiq məsələlərindən ibarət idi. Yarış iştirakçıları 3 komandaya bölünmüşdü: Əl-Xarəzmi, Nəsrəddin Tusi və Lütfizadə. Suallara daha tez və düzgün cavab verən komanda Əl-Xarəzmi komandası oldu. Nəticələrin yekununa görə bu komanda 90 bal toplayaraq yarışın qalibi oldu. Sonda komanadaların kapitanlarının - İbrahimov İslam, Osmanlı Elmar, Məmmədli Bəbir arasında yarış keçirildi.15 suala daha tez və düzgün cavab verən Əl-Xarəzmi komandasının kapitanı İslam İbrahimov oldu.Yarış çox maraqlı və həyəcanlı keçdi. Sonda qalib gəlmiş komandanın üzvləri məktəb rəhbərliyi tərəfindən tərifnamə və qiymətli hədiyyələrlə təltif olundular.