Şagirdimiz "Ölkəmizi tanıyaq" tur-aksiyasında iştirak etmək üçün yola salındı

Xətai rayonunda  Heydər Əliyev adına parkda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada iştirak edən məktəblilərin  təntənəli yolasalma mərasimi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai rayon Mühafizə İdarəsinin rəisi Nazim Həsənov, Dövlət Milli Təhlükəsizlik Xidməti Xətai rayon Şöbəsinin rəisi Babək Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Əqid  Bayroyev, rayon Polis İdarəsinin rəis müavini Ramin Hüseynov, Milli Qəhrəman Möhsün Məmmədov, icra hakimiyyəti aparatının məsul şəxsləri, orta məktəblərin direktorları, rayonun  mədəniyyət kollektivləri iştirak edirdilər.

Bu tur – aksiyada Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Vüqar Osmanlı iştirak edirdi. Tur – aksiya iştirakçılarını yolasalma mərasimində Zaur Məmmədov adına 171 nömrəli tam orta məkətbin direktoru Zemfira Məsiyeva, təsürrüfat işləri üzrə direktor müavini Sərxan Behbudov, Vüqar Osmanlının valideyni Afət Osmanova və İlqar Osmanov iştirak edirdi.

  Tur-aksiya iştirakçıları rayon rəhbərliyi və qonaqlarla birlikdə Ulu Öndərin abidəsini ehtiramla ziyarət edib önünə tər-çiçək dəstələri qoydular. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev bildirdi ki, dövlət başçısının tövsiyyəsi ilə həyata keçirilən bu layihənin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından müstəsna əhəmiyyəti var. Bu tədbir xalqımızın gələcək nəsillərinin daha sıx birləşməsinə, Vətəni daha böyük şövqlə sevməyə, xalqımızın əsrlərlə əldə etdiyi milli-mədəni dəyərlərə, yaratdığı tarixi abidələrə, bu günə çatdırdığı adət-ənənələrə daha böyük qayğı və ehtiramla yanaşmağa sövq edəcək.  Rafiq Quluyev həmçinin bildirdi ki, müstəqil Azərbaycan son 26 ildə möhtəşəm tarixi bir inkişaf  yolu keçmişdir. Ölkəmizin bu inkişafı təkcə paytaxt Bakının simasında deyil, bölgələrimizin timsalında da özünü parlaq şəkildə göstərir. Bu gün məktəblilərimiz öz iqtisadi inkişafı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutan  Gəncə-Şəmkir-Göygöl  rayonlarına səfər edəcəklər. Zəngin tarixi ilə seçilən bu bölgə həm də  səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. İnanıram ki, məktəblilərimiz zəngin təəssüratla qayıdacaqlar.

Çıxışına məktəblilərə uğurlu səyahət arzuları ilə başlayan Milli Məclisin deputatı Hüseynbala Mirələmov məktəblilərə Ölkə rəhbərliyinin onlar üçün yaratdığı bu imkandan maksimum faydalanmağı tövsiyyə etdi. Çıxış edən məktəblilər və valideynlər yaradılan bu imkan üçün Ölkə Başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

Tədbir rayonun gənc incəsənət ustaları, rəqs qrupları, musiqiçilərinin ritmik musiqi nömrələri ilə davam etdi.

Daha sonra şagirdlər  onlar üçün ayrılan xüsusi avtobusla Dövlət Yol Polisi avtomobilinin müşaiyəti ilə Gəncə şəhərinə yola düşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi