9-cu siniflərdə monitorinqin nəticələrinin təhlili və müzakirəsi aparıldı

Təhsil Nazirliyi tərəfindən 9-cu siniflərdə keçirilən monitorinqin nəticələri açıqlandı. Bu münasibətlə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə şagirdlərlə nəticələrin təhlili və müzakirəsi təşkil edildi. Nəticələrin təhlilində məktəbin direktoru Zemfira Məsiyeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, müəllimlər və  9-cu sinif şagirdləri iştirak edirdi. Nəticələr barədə təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova hər bir sinif üzrə hər bir şagirdin topladığı ballar barədə məlumat verdi. Məktəbin direktoru Zemfira Məsiyeva şagirdlərə müvafiq tapşırıq və tövsiyyələrini verdi.

9-cu sinif şagirdlərinin monitorinqin nəticələrini müzakirə etmək üçün 9-cu siniflərdə Ana dili, riyaziyyat və ingilis dili fənnlərini tədris edən müəlimlər və metodbirləşmə sədrləri ilə direktoryanı müşavirə keçirildi. Müşavirədə şagirdlərin nəticələri təhlil olundu və müzakirələr aparıldı. Məktəbin direktoru Zemfira Məsiyeva nəticəsi zəif olan şagirdlərlə əlavə məşğələlərin keçirilməsi barədə müvafiq tapşırıqlar verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi