Şagirdlər divar qəzetləri hazırladılar
9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə şagirdlər divar qəzetləri hazırladılar. Divar qəzetlərinin hazırlanmasında məqsəd şagirdlərə bayraq gününün tarixinin araşdırılması istiqamətində kömək etmək və bayrağı bayraq etmək üçün neçə-neçə insanların qanı bahasına başa gəldiyini öyrətməkdir. Məhz bu istiqamət də şagirdləri vətənə, bayrağa məhəbbət və əsl vətəndaş ruhunda tərbiyə etməliyik. Bu bizim həm vəzifə, həm də vətəndaşlıq borcumuzdur.