Həkim və tibb bacısı şəkərli diabet xəstəliyi barədə şagirdlərlə maarifləndirici söhbət etdilər
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə məktəbin həkimi və tibb bacısı siniflərdə şagirdlərlə şəkərli diabet mövzusunda maarifləndirici söhbət apardılar. Şəkərli diabetin əmələgəlməsi səbəbləri, əlamətləri, düzgün qidalanma, gigiyenik qaydalara riayət etmə barədə şagirdlərə ətraflı məlumatlar verdilər. Şagirdləri maraqlandıran sualara ətraflı cavablar verdilər. Mövzu ətrafında müzakirələr aparıldı, fikir mübadiləsi edildi.