Müəllim və şagirdlərimiz beynəlxalq turnirdə iştirak etdilər

8-10.11.2019 - cu il tarixlərində Özbəkistan Respublikasının Buxara şəhərində Taekwon-Do İTF üzrə Beynəlxalq turnir keçiridi. Azərbaycanın yığma komandası da bu turnirdə iştirak etdi.  Yığma komandanın üzvləridən iki idmançi Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdləri Hüseyn Əliyev, Alişan Orucov məktəbin fiziki tərbiyə müəllimi Barat Orucovun rəhbərliyi ilə iştirak etdilər. Keçirilən Beynəlxalq turnirdə 12 dövlət, 1200-dən artıq idmançı iştirak etdi. Məktəbin şagirdləri Orucov Alişan 1-ci yer, Əliyev Hüseyn 3-cü yer tutdular. Ümumi yarışın nəticələrinə görə Azərbaycan komandası 12 dövlət arasında 3-cü yerə layiq görüldü. İdmançılarımızı və müəllimimizi bu qələbə münasibəti ilə təbrik edirik və yeni – yeni uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi