9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar şagirdlər təqdimatlar hazırladılar

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar 7 b sinif şagirdləri tarix müəllimi Həcər Əlişovanın təşkilatçılığı ilə təqdimatlar hazırladılar.

Təqdimatlarda şagirdlər Azərbcayanın tarixi ərazisində mövcud olan dövlətlər və bu dövlətlərin bayraqları haqqında maraqlı informasiya toplamış və təqdim etmişlər.

Azərbaycan Xalq Cümhuriyyətinın ilk bayrağı haqqında,  9 noyabr 1918-ci ilə qaldırılmış üçrəngli bayrağı qəbul edilməsi haqqında, onun rəngləri, mənası, ayparanın və səkkizguşəli ulduzun mənasları haqqında ətraflı məlumatlar vermişlər.

17 noyabr 1990-cı ildə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 12-ci çağırış birinci sessiyasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olunduğu haqqında maraqlı tarixi faktları göstərmişlər.

Təqdimatlarda üçrəngli bayrağın fotoşəkilləri, çəkilmiş rəsmləri təqdimatları daha da maraqlı etmişdir.

Təqdimatlar əsasında müzakirələr aparıldı, fikir mübadiləsi edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi