9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar siniflərdə müzakirələr aparıldı

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar siniflərdə müəllimlər tərəfindən məlumatlar verildi və müzakirələr aparıldı. Bayraq Günü ilə əlaqədar olaraq müzakirələrdə məktəbin direktoru Zemfira Məsiyeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova iştirak etdi. Şagirdlər Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında bildiklərini söylədilər. Azərbaycana, Vətənə, bayrağa həsr olunmuş şeirlər söylədilər. Məktəbin direktoru Zemfira Məsiyeva şagirdləri vətənpərvər olmağa, Vətəni, dövləti, torpağı, bayrağı sevməyi, dərslərini əla qiymətlərlə oxuyub, Vətənə, dövlətə, xalqa layiqli ölvad kimi yetişmələrini tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi