Məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi ağacəkmə aksiyasında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik" parkında "Təbiət naminə birləş! Həyat naminə birləş!" layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

Ağacəkmə aksiyasında Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva, təlim - tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, təlim - tərbiyə işləri üzrə direktor müavini Nüşabə Bilalova, təsərrüfat işləri üzrə direktor müavini Sərxan Behbudov, müəllimlər və şagirdlər iştirak ediblər.

Bu aksiyada məktəbin kollektivi uzunluğu 10 metr olan Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə iştirak etdi. Bayraq aksiya iştirakçıları tərəfindən rəğbətlə və maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi