40 məktəbin iştirakı ilə məktəblilərarası - «FİBONACCİ» intellektual yarışı

40 məktəbin iştirakı ilə məktəblilərarası - «FİBONACCİ» intellektual yarışı

Noyabrın 9-da Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində 6 №li  məktəb-liseyin təşkilatçılığı ilə həyata keçirilən “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məktəblilərarası Fibonacci  intellektual yarışı”nın oyunları baş tutmuşdur.

Layihənin formatına uyğun qaydada hər birində 20 məktəbin yer aldığı “Şərq” və “Qərb” liqaları üzrə oyunlar keçirilmişdir. 

Bu intellektual bilik yarışında Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin “Octagram” komandası iştirak etmişdir. Məktəbin komandası 16 balla 14-cü yer tutmuşlar.

Layihə haqqında

Layihənin başlıca məqsədi təhsillə yanaşı məktəb-şagird, şagird-müəllim və məktəblərarası əlaqələrinin möhkəmləndirilməsi və şagirdlərə aşağıdakı xüsusiyyətləri aşılamaqdır.

1.  müstəqil düşünmək, sərbəst fikir söyləmək;

2.  öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti;

3.  özünü qiymətləndirmək;

4.  əməkdaşlıq etmək (komanda şəklində işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi);

5.  başqalarını dinləməyi, müxtəlif fikirlərə hörmət etməyi və dözümlü olmaq;

6.  öz fikirlərini arqumentlərlə izah və sübut etmək;

7.  kreativ təfəkkürün inkişafı;

8.  sosial fəallıq;

9.  birgə həll yollarını müəyyənləşdirmək və qərar çıxarmaq.

Ümumilikdə layihəyə Bakı şəhəri üzrə 40 məktəbin cəlb edilmişdir.

Layihə üzrə 8 adi oyunun, 2 yarımfinal və 1 final oyununun keçirilməsi nəzərdə tutulmuşdur.

Layihə ölkədə və ölkə sərhədlərindən kənarda məhşur olan “Fibonacci” intellektual oyunları formatında təşkil olunmuşdur. Bu oyunlarını digər analoji intellektual oyunlardan fərqli edən cəhət onun unikallığı, sual və tapşırıq növlərinin rəngarəngliyi, Azərbaycan tarixi, coğrafiyası və mədəniyyətinə xüsusi yer verilməsi, həmçinin oyunun sinxron olaraq həm azərbaycan, həm də rus dilində keçirilməsidir.

Məktəblərin cari akademik fəaliyyətini nəzərə alaraq oyunların ayda iki dəfə, şənbə günləri keçirilir. Şagirdlərin motivasiyasının təmin edilməsi məqsədilə, onların yaş və maraq dairələrinin tələblərinə uyğun hər bir mərhələ oyununda və finalda qalib komandalara xüsusi hədiyyələrin təqdim edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi